Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fevralın 26-da Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə, Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçiriləcək yürüş və anım tədbiri ilə əlaqədar Azadlıq meydanı, Neftçilər prospekti ilə Xocalı parkı istiqamətində səhər saat 07.30-dan yollar bağlanacaq. Həmçinin Azneft dairəsindən Neftçilər prospekti ilə hər iki istiqamətdə, Heydər Əliyev, Zərifə Əliyeva, Babək, Nobel prospektləri, 10-cu zavod, Cavanşir körpüsü, Puşkin, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, M. Mehdizadə, Ayaz İsmayılov və Tağızadə küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Həmin yollar axşam saatlarına kimi bağlı qalacaq. Bununla əlaqədar olaraq sürücülərin alternativ yollardan istifadə etməsi vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB