Elmar Məmmədyarov: “Azərbaycan və Ermənistan ziyalılarının görüşü nə qədər çox keçirilərsə, regionda sülh bir o qədər tez bərqərar olar”
"Azərbaycan bu cür görüşləri ilk gündən dəstəkləyib. Biz bu təşəbbüsü çox müsbət qiymətləndiririk". SİA- nın xəbərinə görə, bu sözləri Moskvada keçirilən Azərbaycan və Ermənistan ziyalılarının görüşünü şərh edən xarici işlər naziri Elmar Məmmədyarov deyib. O qeyd edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və bu cür görüşlər vacibdir: " İstənilən ölkə üçün ən yaxşı siyasət mehriban qonşuluq siyasətidir.Hesab edirik ki, belə görülər nə qədər çox keçirilsə, münaqişə o qədər tez həll olunar, regiona sülh bir o qədər də tez bərqərar olar ".
ATƏT-in Minsk Qrupu həmsədrləri regiona mart ayının ikinci həftəsində səfər edəcəklərini deyən nazir konkret tarix açıqlamayıb.
Qeyd edək ki, vasitəçilərin səfər zamanı münaqişə tərəflərinin baza prinsipləri üzrə mövqelərinin yaxınlaşması istiqamətində müzakirələr aparması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB