Fövqəladə Hallar Nazirliyi itkin düşən balıqçılarla bağlı növbəti məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 21 fevral saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış, içərisində 3 nəfərin olduğu ikimühərrikli qayıq geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxıb.Görülən tədbirlər nəticəsində qayıq Pirallahı adasından təqribən 30 km şimala doğru dənizdə çevirilmiş vəziyyətdə aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin helikopterləri və gəmiləri itkin düşən şəxslərin axtarışlarına başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB