Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.
\"Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir\", - təbrikdə deyilir.
İlham Əliyev Hacı Həssənal Bolkiaha möhkəm cansağlığı, işlərində uğurlar, dost xalqınıza sülh və rifah diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB