Əli Əhmədov: \"Xocalı faciəsini Azərbaycan xalqının milli şüurunun bir elementinə çevirməliyik\" - MÜNASİBƏT
Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı keçirilən tədbirlər bu soyqırımın bütün dəhşətlərini dünya birliyinə, beynəlxalq qurumlara çatdırmağa imkan verəcək. SİA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bir çox beynəlxalq qurumlar bu faciənin siyasi, müvafiq qurumlar isə hüquqi qiymətini verə bilməyib.
İcra katibinin sözlərinə görə, Azərbaycan Milli Məclisi müvafiq dövlət və hökumət qurumlarının müraciətlərinə baxmayaraq, ikili standartlara əsaslanan beynəlxalq qurumlar bu məsələyə biganəlik nümayiş etdiriblər: "İndi bizim qarşımızda duran əsas məqsədlər ondan ibarət olmalıdır ki, bu biganəlik və ikili standartlara baxmayaraq, Xocalı faciəsinin bütün həqiqətlərini dünya birliyinə, müvafiq beynəlxalq qurumlara bir daha çatdıraq. Biganəliyi aradan qaldırmaq üçün buna nail olmaq lazımdır. Xocalı faciəsi və soyqırımına müvafiq siyasi və hüquqi qiymət verilsin. Bu faciəni Azərbaycan xalqının milli şüurunun bir elementinə çevirməliyik ki, heç bir zaman Azərbaycanın gələcək nəsilləri də bu faciəni unutmasınlar. Milli düşüncənin tərkib elementi kimi daim yaşasın ki, bundan sonra gələcəkdə bir daha bizə qarşı çevrilə biləcək hər hansı təhdidlər, belə faciələrin baş verməsinəə şərait yaratmasın. 20 il ərzində Xocalı faciəsinin dünyada, beynəlxalq aləmdə müəyyən işlər görülüb. Amma bundan sonra əsas hədəflər ondan ibarətdir ki, beynəlxalq birlik tərəfindən Xocalı faciəsinə siyasi və hüquqi qiymət verilsin. Güman edirəm ki, çətinliklərlə üzləşməsinə baxmayaraq, hər kəs bu istiqamətdə işlərini davam etdirilməlidir. Bundan sonra, səylər daha da artırılarsa, dünyanın daha çox ölkələrin parlamentləri Xocalı soyqırımını qəbul edər və buna lazımi siyasi qiymət verilmiş olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB