Elmar Məmmədyarov G20 nazirlər toplantısında "Cari qlobal çağırışların effektiv həll olunması" mövzusundan danışacaq

Elmar Məmmədyarov G20 nazirlər toplantısında "Cari qlobal çağırışların effektiv həll olunması" mövzusundan danışacaq

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov G20 nazirlər toplantısının Meksikada keçiriləcək ikinci sessiyasında aparıcı spiker kimi iştirak edəcək. Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.


Məmmədyarov Mexikoda nazirlərin G20 çərçivəsində qeyri-formal görüşü zamanı bazar ertəsi keçiriləcək "Cari qlobal çağırışların effektiv həll olunması" mövzusunda ikinci sessiyada aparıcı spiker olacaq.


Azərbaycanın birinci dəfədir qatılacağı G20-də ölkəni xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.


2012-ci ildə G20-yə Meksika sədrlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə