Mixeil Saakaşvili: "Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan üçün tarixi şəxsiyyətdir" - MÖVQE
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Tbilisidə keçirilən üçtərəfli biznes forumda iştirak edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevi və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayanı qəbul edib.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycanın regional əməkdaşlığın inkişafında xüsusi rolunu qeyd edib, Gürcüstan-Azərbaycan əlaqələrini yüksək qiymətləndirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan üçün tarixi şəxsiyyət olduğunu vurğulayıb.
Görüşdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB