Amerikalı konqresmen Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib
Fevralın 14-də Konqresin Nümayəndələr Palatasının üzvü Stiven Koen (D-TN) Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı bəyanat verib. Bəyanatda konqresmen Xocalı faciəsi haqda ətraflı məlumat verib, dünyanın kütləvi informasiya vasitələrinin bu hadisə haqda yaydığı məlumatları həmkarlarının diqqətinə çatdırıb. O, qeyd edib ki, faciənin 20-ci ildönümü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün səylərin artırılmasının zəruri olduğunu xatırladır. S.Koen vurğulayıb ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu həlli uzadılmış münaqişənin tənzimlənməsində iştirak etməyə davam etməlidir.
Konqresmen baş vermiş faciə ilə əlaqədar Azərbaycana başsağlığını bildirib, həmkarlarını Xocalı faciəsinin ildönümünü anmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB