Səməd Seyidov: \"AŞPA-da Xocalı soyqırımının tanınması üçün məruzə oxunacaq\"
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun qış sessiyasında Xocalı soyqırımının tanınması üçün məruzə hazırlayıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, hazırda parlament ikitərəfli əməkdaşlıq və beynəlxalq səviyyələrdə bununla bağlı iş aparır.
AŞPA-nın İnsan haqları, Monitorinq və Siyasi komitələrinin mart ayında Parisdə iclasları keçiriləcəyini vurğulayan S. Seyidov deyib ki, Monitorinq Komitəsinin üzvləri iclasda Azərbaycanla bağlı hesabatla çıxış edəcəklər: "Mart ayının ortalarında bir neçə müzakirələr olacaq. Bu yaxınlarda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Bakıda olub və Azərbaycanda gedən prosesləri müşahidə ediblər. Bununla bağlı Monitorinq komitəsinin iclasında hesabat təqdim edəcəklər. Bu hesabatın nəticəsində 2012-ci ildə AŞPA-da Azərbaycanla bağlı müzakirələr təşkil olunacaq. Əminəm ki, bu müzakirələr konstruktiv şəkildə keçiriləcək, çünki bizim məruzəçilərə təqdim etdiyimiz məsələlər tam açıq və obyektiv formada, həm Azərbaycana, həm də Avropa Şurasına çatdırılır".
S.Seyidv bildirib ki, Azərbaycanın mövqeyi AŞPA ilə ilə əməkdaşlıq etməkdir: "Ancaq AŞPA-da hansısa qüvvələr Azərbaycana qarşı insan haqlarından istifadə edib təzyiq göstərəcəksə, biz buna qəti yox deyəcəyik. Əminəm ki, mövqeyimiz başa düşüləcək, qəbul olunacaq və nəzərə alınacaq".
AŞPA məruzəçisi Kristof Ştrasserin Azərbaycana səfərinə problem yaradılması barədə yayılan məlumatlara gəlincə S. Seyiodov: "Azərbaycan açıq və demokratik ölkədir. Hər bir kəs ölkəyə gələ bilər. Məruzəçi kimi gələnin əlində mandatı olmalıdır. Azərbaycanda siyasi məhbus məsələsi bu gün Avropa Şurasının gündəliyindən çıxarılıb. Söhbət Avropada siyasi məhbus anlayışından gedir. Məruzəçi bu mandatla Azərbaycana gələ bilər. Bu gün Azərbaycanla Avropa Şurası arasında münasibətləri korlamaq istəyən qüvvələr var. Biz heç kəsin Azərbaycana gəlməsinin qarşısını almırıq. Başqa ölkələrdə insan haqlarının pozulmasını görməyib, bunu Azərbaycanda axtaranlara isə imkan yaratmayacağıq"- deyə, bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB