Elmar Məmmədyarov G20-nin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Elmar Məmmədyarov G20-nin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikada G20-nin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. Bunu Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev SİA-ya bildirib. Onun sözlərinə görə, dəvət bu il G-20-yə sədrlik edən Meksikadan gəlib: \"Azərbaycanın bu prosesə cəlb olunması Azərbaycanın böyük qələbəsinin başlanğıcıdır, çünki biz G-20 kimi nəhəng və təsirli formatda iştirak hüququ əldə etmişik. Görüşdə beynəlxalq birliyin üzləşdiyi makroiqtisadi təhlükələr, iqtisadi tənəzzül, içməli su çatışmazlığı, ərzaq təhlükəsizliyi problemlərinin həlli müzakirə olunacaq\".

Qeyd edək ki, 2012-ci ildə G20-yə Meksika sədrlik edir.


Bütün xəbərlər Facebook səhifəmizdə