Bu il Vergilər Nazirliyinin qarşısında duran başlıca məsələlərdən biri də elektron auditin tətbiqidir. SİA-nın məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, nazirlik strateji planlarla yanaşı, gündəlik müxtəlif komponentlərin üzərində də iş aparır: "Tezliklə elektron audit layihəsinin baş çatması planlaşdırılır. Hesab edirik ki, layihə başa çatdıqdan sonra Azərbaycan nəinki bölgədə, həmçinin Şərqi Avropa ölkələri içərisində elektron audit sahəsində sözünü demiş olacaq. Bu, həm vergi ödəyicilərinin vaxtına qənaət etmək, həm də onlarla birbaşa əlaqənin minimuma endirilməsi üçün əhəmiyyətli olacaq. Layihə bu il ərzində başa çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB