Facebook sosial şəbəkəsində aparılan müzakirələrdən aydın olub ki, erməni gəncləri Fransa parlamentinin qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbul olunmasını heç də uğur kimi qiymətləndirmirlər.
Bu barədə xəbər verən Ermənistan KİV-ləri gəncləri vətənpərvər olmamaqda günahlandırırlar. Gənclər isə sosial şəbəkədə öz fikirlərini paylaşaraq qeyd edirlər ki, Fransa parlamentinin qəbul etdiyi qanun Ermənistan siyasətinin diplomatik qələbəsi deyil. Bu qanunun qəbul edilməsi Ermənistana heç bir dividend gətirməyəcəkdir. Əgər Ermənistan qələbə qazanmaq istəyirsə, orduda baş verən cinayətləri araşdırıb cinayətkarları cəzalandırmalıdır. Ölkədəki yoxsulluq aradan qaldırılmalıdır.
Gənclərin sözlərinə görə, Ermənistan o qədər gücə malik deyil ki, Fransa kimi böyük dövlətə təsir edib türklərin əleyhinə olan qanunu qəbul etdirə bilsin. Görünən odur ki, bu qanun Fransaya lazım idi və ona görə də parlament onu qəbul edib. Fransada Ermənistana münasibət birmənalı deyildir. Əgər belə olsaydı, qanun qüvvəyə minərdi. Qanunun əleyhinə çıxanlar Fransanın Konstitusiya Şurasına müraciət edərək onun rədd edilməsini tələb ediblər. Qanunun qüvvəyə minəcəyi böyük şübhə altındadır. Buna baxmayaraq, Ermənistanda toy-bayram edilməsi gülünc görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB