Türkiyə Baş Qərargah rəisi Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə Baş Qərargah rəisi Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyə Baş Qərargah rəisi Necdet Özel bu gün Fəxri və Şəhidlər xiyabanlarını, Türk Şəhidliyini ziyarət edib. SİA-nın məlumatına görə, türkiyəli general ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri düzüb. Daha sonra qonaq Şəhidlər xiyabanını ziyarət edib, \"Əbədi məşəl\" kompleksi önünə əklil qoyub. Eyni zamanda Necdet Özel Türk Şəhidliyində xatirə dəftərinə ürək sözlərini yazıb.

Jurnalistlərə müsahibəsində Baş Qərargah rəisi bu vəzifə olduğu müddətdə ilk xarici səfərini Azərbaycana etdiyini və bundan məmnun olduğunu bildirib. O, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan xalqına salamlarını çatdırıb.

Türkiyə nümayəndə heyətinin bu gün Azərbaycan prezidenti İlham Əliyev, müdafiə naziri Səfər Əbiyev, baş nazir Artur Rəsizadə ilə görüşləri planlaşdırılır. Bundan başqa, Milli Məclisin sədri Oqtay Əsədov, daxili işlər naziri Ramil Usubov, Daxili Qoşunların komandanı Zakir Həsənovla da görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə