Əli Əhmədov makedoniyalı gənclərlə görüşüb

Əli Əhmədov makedoniyalı gənclərlə görüşüb

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov

YAP Gənclər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyası Gənclər Forumunun nümayəndə heyətinin üzvləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, Ə.Əhmədov gəncləri salamlayaraq bildirib ki, Makedoniya Türk Demokratik Partiyasını təmsil edən gənclərin səfəri iki ölkə arasında münasibətlərin daha da genişlənməsi və möhkəmlənməsinə xidmət edir. Bu görüşlər davamlı olmalı və uğurlu nəticələr verməlidir.

Ə. Əhmədov görüşdə Azərbaycan dövlətinin 20 illik müstəqillik dövründə əldə etdiyi uğurlardan da danışıb: "Bu 20 ildə ölkəmiz çoxsaylı nəaliyyətlər əldə edib və bölgənin lider dövlətinə çevrilib. Ötən il gənc nümayəndələrimizin "Eurovizion" beynəlxalq mahnı müsabiqəsində qalibiyyəti Azərbaycanın bütün sahələrdə uğurlara imza atmasının göstəricisidir. Qeyd edim ki, ölkəmizin gəncləri dövlət qayğısı ilə əhatələnib. Dövlət başçısı cənab İlham Əliyevin gənclərə olan xüsusi diqqət və qayğısı nəticəsində ölkədə Gənclər və İdman Nazirliyi yaradılıb, Gənclərlə bağlı Dövlət Proqramı qəbul olunub".

Ə. Əhmədov YAP üzvlərindən 150 minə yaxınının gənclər təşkil etdiyini də bildirib: "Partiya və onun rəhbərliyi də gənclərin problemlərini daim diqqətdə saxlayır. Bütün bu inkişaf, diqqət və qayğı nəticəsində Azərbaycan durmadan inkişaf edir. Təkcə son 20 il ərzində ölkə əhalisinin sayı 1 milyon nəfər artıb.


Bütün xəbərlər Facebook səhifəmizdə