Fuad Muradov: \"Qarabağla bağlı qətnamə Litva parlamentinin növbəti iclaslarında müzakirəyə çıxarılacaq\" - AÇIQLAMA

Fuad Muradov: \"Qarabağla bağlı qətnamə Litva parlamentinin növbəti iclaslarında müzakirəyə çıxarılacaq\" - AÇIQLAMA

Qarabağla bağlı qətnamə Litva parlamentinin növbəti iclaslarında müzakirəyə çıxarılacaq. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov bildirib.


Millət vəkili qeyd edib ki, qətnamənin müzakirəyə çıxarılacağı iclasın dəqiq tarixi hələ məlum olmasa da, bu, yaxın zamanlarda baş verəcək. "Qətnamə layihəsi artıq Litva Seyminin rəsmi internet səhifəsində yerləşdirilib. Yəni bu da o deməkdir ki, sənəd artıq geniş ictimaiyyətin müzakirəsindədir. Çox böyük ehtimalla yaxın günlərdə sənəd Seymin iclasında müzakirə olunacaq" - deyə F.Muradov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə