Bərdədə rayon gəncləri 2 fevral - gənclər günü münasibətlilə tədbir təşkil edib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə MDB məkanında, hətta Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq gənclər gününün qeyd olunması sərəncamını verən ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısından danışıb. Tədbir iştirakçıları ölkədə həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələr verdiyini bildiriblər.
Həmçinin qeyd olunub ki, gənclər ölkə həyatında fəal iştirak edirlər. Rayon icra başcısı Vidadi İsayev xidmətində fərqlənən bir neçə gənci qiymətli hədiyyə və diplomlara mükafatlandırıb. Tədbir çərçivəsində rayonda 12 gəncə yeni Azərbaycan partiyasının üzvlük vəsiqəsi verilib.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB