Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 30-da saat 14.40-dan 15.00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB