İsmayıl Ağayev: “Fransa öz səhvini anlayana kimi etirazlar davam etdirilməlidir”

İsmayıl Ağayev: “Fransa öz səhvini anlayana kimi etirazlar davam etdirilməlidir”

Fransa Senatında "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qəbul olunmuş qanun layihəsi Azərbaycanda geniş ictimaiyyət nümayəndələri tərəfindən etirazla qarşılanır. Bunu SİA-ya açıqlamasında Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev deyib: "Hesab edirəm ki, Azərbaycanın bu qanunun qəbul olunasına qarşı mübarizəsi gücləndirilməli və Fransa ATƏT-in Minsk qrupundakı fəaliyyətindən geri çağırılmalıdır. Bir sözlə düşmənlə düşmən dilində danışılmalıdır. Ümumiyyətlə, Fransa öz yerində oturdulmalı və Azərbaycanın həmin ölkəyə qarşı addımları sərtləşdirilməlidir. Fransa öz səhvini anlayana kimi bu cür səylər davam etdirilməlidir. Biz diaspor təşkilatı olaraq Türkiyənin və Azərbaycanın rəsmi dövlət qurumlarının apardığı bu siyasəti dəstəkləyirik. Burada müxalifət-iqtidar məsələsi olmamalı. əksinə milli birlik nümayiş etdirilməlidir. Hər bir azərbaycanlı bu qərara qarşı öz etirazını bildirməlidir",-deyə İ.Ağayev deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə