Ümid partiyası: “Fransa bundan sonra Minsk qrupunda həmsədrlik etməyə davam edə bilməz”

Ümid partiyası: “Fransa bundan sonra Minsk qrupunda həmsədrlik etməyə davam edə bilməz”

Ümid Partiyası Fransa Senatına etiraz edib. SİA-nın xəbərinə görə, bu barədə partiyanın yaydığı bəyanatda qeyd olunub. Bəyanat da deyilir, qəbul olunmuş qanunun Avropada insan haqlarına, demokratiyaya və xüsusən də, ifadə azadlığına ziddir. Eyni zamanda demokratiyanın beşiyi hesab edilən Avropada insan haqlarının, düşüncə azadlığının ruhuna uyğun olmayan bu qərar, artıq Avropanın dünyaya aşıladığı dəyərləri küllən şübhə altında qoyur.

Ümid Partiyası hesab edir ki, Fransa bundan sonra Minsk qrupunda həmsədrlik etməyə davam edə bilməz: "Fransa qəbul etdiyi qanunla münaqişələrə, Avropa prinsiplərinə, demokratik dəyərlərə münasibətini ortaya qoymuş və bu addımı ilə də Azərbaycan xalqı yanında etimadını itirib. Fransanın belə qanun layihəsini qəbul etməsi onun nəinki bu missiyada tərəfli mövqeyi olmasına dair şübhələr yaradır, eyni zamanda Cənubi Qafqaz bölgəsində apardığı siyasətə başqa, qərəzli bir rəng qatır".

Ümid Partiyasının bəyanatında vurğulanır ki, Fransanın belə bir qanunu qəbul etməsi Ermənistanın da qonşuları ilə münasibətlərini zərbə altında qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə