Dmitri Medvedev və Serj Sarkisyan arasında görüş başlayıb

Dmitri Medvedev və Serj Sarkisyan arasında görüş başlayıb

Soçidə Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş başlayıb. SİA-nın "News.am" saytına istinadən verdiyi xəbərə görə, görüşdən əvvəl Rusiya prezidenti bildirib ki, ötən il Rusiya ilə Ermənistan arasında işgüzar əlaqələr fəal olaraq inkişaf edib və iki ölkə arasında ticarət dövriyyəsi (20 faiz artıb) baxımından çox uğurlu başa çatıb.

Eyni zamanda tərəflər görüşdə ikitərəfli münasibətlərin gələcək perspektivlərinə və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusuna da toxunublar.

Öz növbəsində Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın göstərdiyi təşəbbüslərə görə Dmitri Medvedevə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan, Ermənistan, Rusiya prezidentlərinin sayca 10-cu görüşü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə