Osman Gündüz: “İran Beynəlxalq Konvensiyanın şərtlərinə uyğun olaraq cəzalandırılmalıdır” - MÖVQE
Onun sözlərinə görə, digər bir tərəfdən bu Azərbaycan üçün böyük bir sınaq oldu. Çünki bu Azərbaycana qarşı adi haker hücumu hesab edilmir.
"Bu, ölkəmizə qarşı aparılan bir müharibədir. Çünki adi haker hücumu bir-iki adi saytları dağıdır. Bu isə rəsmi dövlət əhəmiyyətli saytların dağıdılmasıdır. Bax, bu əsl kiber müharibədir. Əgər adi bir gündə dövlət strukturları öz saytlarını mühafizə edə bilmədilərsə, vətəndaşlar dövlətlə bağlı informasiya ala bilmirsə, bu, artıq məsələnin ciddiliyindən xəbər verir. Dövlət rəsmilərinin sözündən də belə nəticəyə gəlmək olar ki, əsas məsələ dövlət saytlarının hazırlanmasında sırf qeyri-peşəkarlığın olmasıdır. Düşünürəm ki, məhz peşəkarlığın olmaması birbaşa maliyyə vəsaiti ilə bağlıdır. Çünki bu gün dövlət tərəfindən bir qrup gənc xaricdə kurslara göndərilir, onlara bu tip sistemlər öyrədilərək dövlət əhəmiyyətli strukturda işlə təmin edilir. Lakin dövlət müəssələrində həmin İT əməkdaşlarına verilən əməkhaqqı özəl sektordan azdır. Belə olan halda həmin mütəxəsislər özəl sektoru üstün tutub orda işləməyə çalışırlar. O zaman da dövlət qurumlarının saitlarının mühafızəsində peşəkarlıq səviyyəsi azalır. Fikirimcə, bütün bunları nəzərə alıb gələcəkdə bu kimi hallara maneələri aradan qaldırmaq lazımdır. Əks halda bu gün İranın etdiyi kiber müharibə sabah Ermənistan və ya başqa dövlətlər tərəfindən edilə bilər", - Osman Gündüz belə deyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB