Barak Obama: “Azərbaycan bütün Avro-Atlantik birliyin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı tərəfdaşdır”

Barak Obama: “Azərbaycan bütün Avro-Atlantik birliyin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı tərəfdaşdır”

Yanvarın 18-də Azərbaycanın ABŞ-dakı Səfiri Elin Süleymanov Ağ Evdə keçirilmiş rəsmi mərasimdə etimadnaməni ABŞ prezidenti Barak Obamaya təqdim edib. Səfirlikdən SİA-ya verilən xəbərə görə, Prezident B.Obama Azərbaycan ilə ABŞ arasındakı dostluq və tərəfdaşlığın uzun tarixə malik olduğunu və birgə gündəliyə və aydın qarşlıqlı maraqlara əsaslandığını qeyd edib. ABŞ Prezidenti beynəlxalq təhlükəsizlik səylərinə Azərbaycanın verdiyi həyati töhfələri yüksək dəyərləndirdiklərini bildirib. Prezident Azərbaycanı bütün Avro-Atlantik birliyin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı tərəfdaş kimi səciyyələndirib.

Səfir E.Süleymanov iki dövlət arasındakı münasibətlərin və çoxşaxəli tərəfdaşlığın dərinləşdirilməsinə və genişləndirilməsinə Azərbaycanın sadiq olduğunu qeyd edib.

Elin Süleymanov 2011-ci ilin 26 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinə təyin olunub. Buna qədər isə, o, Azərbaycanın Los-Ancelesdəki baş konsulu vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə