Xarici İşlər Naziri Elmar Məmmədyarov Moldova Respublikasının xarici işlər və Avropa İnteqrasiyası naziri İuri Leanka ilə görüş keçirib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Elmar Məmmədyarov Azərbaycanla Moldova arasında münasibətlərin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini qeyd edib.
Moldovalı rəsmi ölkəsinin Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov Moldovalı həmkarına regional enerji layihələri və regional əməkdaşlıq barədə məlumat verib.
Tərəflər GUAM çərçivəsində əməkdaşlığın genişləndirilməsin vacibliyini vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB