Təhmasib Novruzov: “İran-Azərbaycan münasibətləri dostluğa söykənmir”-MÜNASİBƏT
\"İran-Azərbaycan münasibətləri dostluğa söykənmir. Bunun əsas səbəbi İranın indiki ərazisinin Azərbaycanın tarixi əraziləri olmasıdır. Bu günki İran dövləti Səfəvi xanəndanının dövründə yaranmış bir dövlətdir. İkinci amil isə dünyada yaşayan 50 milyon azərbaycanlının 35 milyonunun İranda yaşamasıdır. Çünki 35 milyon azərinin Azərbaycana qayıtması İran üçün böyük təhlükə olar\". Bunu SİA-ya açıqlamasında Azadlıq Hərəkatçılar Birliyinin (AHB) sədri Təhmasib Novruzov bildirib: "Azərbaycanın günü-gündən inkişaf etməsini, iqtisadiyyatımızın güclənməsini İran dövləti görür və bunu qəbul etmir. Belə olan təqdirdə onlar hər vəchlə Azərbaycana təsir göstərirlər. Həmin dövlətin Ermənistanla isti münasibətlərini davam etdirməsi is buna bariz sübutdur. Bəziləri bunu dünya, bəzilər qonşuluq siyasəti kimi qələmə verirlər. Lakin bu bir həqiqətdir ki, İran Ermənistanla dostluq münasibətlərini davam etdirir, qondarma Dağlıq Dağlıq respublikasını öz ərazisi kimi tanıyır. Bu gün İran Ermənistana kömək etməklə Azərbaycanı bir növ sıradan çıxarmaq niyyətindədir" - deyə o söyləyib.
İranın Azərbaycana qarşı kibermüharibə tətbiq etməsinə gəlincə, T.Novruzov bildirdi ki, İsrail daxil olmaqla heç bir dövlət Azərbaycan qədər İrana təhlükəli deyil: "İran öz ölkəsinin daxilində yaşayan 35 milyonluq Azərbaycan xalqından narahatdır. Azərbaycanın dövlət əhəmiyyətli saytlarına qarşı edilən təzyiqlər isə bir növ informasiya müharibəsi kimi qələmə verilməlidir. Bakı şəhər İcra Hakimiyyətinin saytının dağıdılması ondan xəbər verir ki, son 10 ildə Azərbaycanda görülmüş işlərə kölgə salınıb. Azərbaycan həmişə İran İslam Respublikası ilə uğurlu qonşuluq, beynəlxalq siyasət aparıb. Lakin son zamanlar biz bu siyasətin əksini görürük".
Onun sözlərinə görə, İran dövlət kanalında hakerlərin hücumu ilə bağlı mütəmadi verlişlərin verməsi ondan xəbər verir ki, İran bu cür addımları atmaqda maraqlıdır: "Bu planlı, məqsədyönlü şəkildə hazırlanmış bir taktiki gedişdir. Bununla onlar Azərbaycana təzyiqlər edərək ölkəni nüfuzdan salmaq, iqtisadiyyatı məhv etmək və İranda yaşayan azəriləri Azərbaycana qarşı qaldırmaq, onların ölkəmizə qarşı sevgilərini azaltmaqdır",- deyə o sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB