Azərbaycanla bağlı iki məsələ BMT-nin Baş Məclisində müzakirə oluna bilər

Azərbaycanla bağlı iki məsələ BMT-nin Baş Məclisində müzakirə oluna bilər

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında həlli uzanan münaqişələr" adlı qətnamə layihələri gələn ay BMT-nin Baş Məclisinin 66-cı sessiyası çərçivəsində müzakirəyə təqdim oluna bilər. BMT-nin İnformasiya Mərkəzindən SİA-ya verilən məlumata görə, gündəlikdə 35-ci və 39-cu yerlərdə duran "GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" və "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" qətnamə layihələri Azərbaycan və GUAM tərəfindən təklif olunub.

Müzakirələr 2011-ci il dekabrın 12-nə təyin olunsa da, sonradan başqa tarixə təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə