Rüşvət alan yol polisləri barədə toplanmış materiallar Baş Prokurorluğa daxil olub
Rüşvət alan yol polisləri barədə toplanmış materiallar Baş Prokurorluğa daxil olub. Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya açqılamasında bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları - Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə Daxili İşlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa daxil olub.
Hazırda həmin materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB