Millət vəkili: “Hakerlərin Azərbaycan saytlarına hücumu bir nöqtədən idarə olunub və qəsdən törədilib” - MÖVQE
\"Hakerlərin Azərbaycan saytlarına hücumu bir nöqtədən idarə olunub və qəsdən törədilib. Əgər eyni vaxtda sayılıb-seçilən, dövlət, siyasi əhəmiyyətli bir neçə sayta hücum olunursa, bu həmçinin düşmənçilik hərəkətidir\". Bunu Səs TV-yə müsahibəsində millət vəkili, \"Azərbaycan\" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib: "Bu çox cılız, primitiv mübarizə metodudur. Azərbaycanda söz, mətbuat azadlığı var, iqtidar çox şəffaf açıq şəkildə fəaliyyət göstərir və bu açıq şəkildə internet saytlarında əks olunur. Bu aşkarlığa, şəffaflığa qəsd etməklə onlar yanlış hərəkət ediblər. Azərbaycan bundan sonra da yüksək sürətlə inkişa edəcək, öz qarşısına qoyduğu vəzifələri uğurla icra edəcək", -deyə o bildirib.
Yazıçı, Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış simalarından olan Xeyrəddin Qoca isə məsələyə münasibət bildirərək deyib: "Hakerlərin bu hərəkətlər yolverilməzdir. Təşkilat üzvləri və insanların zəhmət çəkərək sayt düzəltmələri və buna qarşı kənar müdaxilələrin olması xoşagəlməz bir haldır. Hesab etmirəm ki, burada hər hansı siyasi faktor amili mühüm rol oynayır. Azərbaycan dövləti həmişə inkişaf edir, güclənir. Onlar sadəcə olaraq səhv, reallığa uyuşmayan hərəkətlərə yol veriblər. Dünyada heç bir saytın dağıdılmasının tərəfdarı deyiləm. Bu reallıqdır ki, saytın hazırlanıb ərsəyə gəlməsi üçün nə qədər əziyyət çəkilir vaxt tələb olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB