Almaniyada 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Yanvarın 18-də Almaniyanın Drezden
şəhərində \"Alm.az\" cəmiyyətinin təşkilatçılığı ilə 1990-cı il 20 Yanvar
hadisələrinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirdə soydaşlarla yanaşı alman ictimaiyyətinin, o
cümlədən Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət göstərən
konsulluqların, eləcə də rus, yəhudi, ukrayna, qazax icmalarının
təmsilçilərinin iştirakı nəzərdə tutulub.
Tədbirdə "Alm.az" cəmiyyətinin sədri Ağahüseyn Babayev toplaşanlara keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı törədilən görünməmiş terror aktı barədə məlumat verəcək. Daha sonra "Azadlığa aparan yollar" sənədli filmi nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB