Sabah enerji borcu olanların elektrik enerjisi təchizatı dayandırılacaq

Sabah enerji borcu olanların elektrik enerjisi təchizatı dayandırılacaq

"Bakıelektrikşəbəkə" ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 18 yanvar 2012-ci il tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.


"Bakıelektrikşəbəkə" ASC–nin mətbuat xidmətinin əməkdaşı Nəsimi Psşayevin SİA-ya verilən məlumata görə, borcunu yuxarıda qeyd olunan müddətdə ödəməyənlərin elektrik enerjisi təchizatını dayandıracaq əməkdaşlar tərəfindən abonentlərə heç bir güzəşt edilməyəcək: "Elektrik enerjisi təchizatı dayandırılan abonentlərin borclarını ödədikdən sonra təkrar şəbəkəyə qoşulmaları bir neçə gün ərzində mümkün olacaqdır ki, bu da abonentlərə soyuq qış fəslində müəyyən problemlər yaradacaqdır. Abonentlərin elektrik enerjisi təchizatı ilə bağlı hər hansı problem yaşamamaları üçün istifadə etdikləri elektrik enerjisi haqlarını dərhal ödəmələri xahiş olunur".


Qeyd edək ki, borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə