ABŞ-ın dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin yanvarın 18-19-da ilk dəfə Azərbaycana gələcək. Səfər çərçivəsində E.Rubin Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, dövlət katibi köməkçisinin müavini bu vəzifəyə keçən ilin iyulunda təyin edilib. E.Rubin Tina Kaydanaunu əvəz edib. T.Kaydanau 2010-cu ilin oktyabrında Azərbaycana gəlməyi planlaşdırsa da, səfər təxirə salınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB