Müğənnilərin YAP-a daxil olmaları ilə bağlı təəssüratları

Müğənnilərin YAP-a daxil olmaları ilə bağlı təəssüratları

Xəbər verdiyimiz kimi, bu gün bir qrup mədəniyyət işçisinə hakim Yeni Azərbaycann Partiyasının üzvlük vəsiqəsi təqdim olunub. Onlar bunun bağlı təəssüratlarını SİA-ya açıqlayıblar.

Müğənni Samirə Allahverdi deyib ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasınının üzvü olduğu üçün qürür hissi keçirir. O bildirib ki, Azəraycanın mədəniyyət xadimləri Yeni Azərbaycan Partiyası ilə birgə yeni-yeni layihələrdə iştirak edəcəklər.

Əməkdar artist Lalə Məmmədova isə açıqlamasında ölkədə və dünyada baş verən proseslərə nəzər salaraq deyib ki, bugün Azərbaycanda Yeni Azərbayacn Partiyasına bərabər olacaq hər hansı bir təşkilat və ya partiya yoxdur. O, bu gün də hakim partiyanın apardığı siyasəti dəstəklədiyini söyləyib: "Sənətçi kimi mənim də arxamda müəyyən bir toplum var. Bu toplumu arxamca aparan insan kimi gələcək fəaliyyətimizdə işlərimiz daha da genişləndirəcəyik".

Əməkdar artist Elza Seyidcahan isə neçə illərdir ki, partiyanın həyata keçirdiyi işlərdə canla-başla xidmət etdiyini vurğulayıb. O qeyd edib ki, rəsmi olaraq bu partiyaya üzv olmaqla məsuliyyət daha da artır: "Bundan sonra gördüyümüz işlərin məsuliyyətini daha dərindən anlayacağıq. Bu günə kimi Azərbaycanın rayonlarını qarış-qarış gəzib, xaricdə yaşayan soydaşlarımızla görüşlər keçirərək önəmli günlərdə hər zaman xalqla bərabər olmuşuq. Bu gün rəsmiyyətə imza atanda bunun məsuliyyəti bizim üçün daha önəmli olur".

Bütün xəbərlər Facebook səhifəmizdə