Rasim Musabəyov: \"İrandan Azərbaycana müəyyən təhlükələr var\" - MÖVQE
Azərbaycan prezidentinin Qəbələ Radiolokasiya Stansiyasına dair Rusiya ilə danışıqlar aparacaq komissiyanın tərkibinin açıqlanmasından sonra rəsmi Mosvka ilə aparılan müzakirələrin də yekunlaşacağı tarixlə bağlı fikirlər söylənib. Bir qism mütəxəssis bu hərbi obyektin iki ölkənin münasibətlərində rolunu vurğulasa da, digəriləri stansiyanı lazımsız sayır.
Bu ilin sonunda Qəbələ Radiolokasiya Stansiyasının icarə müddəti başa çatır. Prezident İlham Əliyev Qəbələ RLS-in icarəsi və istifadəsi ilə bağlı danışıqların aparılması üçün xüsusi heyətin yaradılmasına dair təlimat da verib. Təlimata əsasən, baş nazirin birinci müavini Yaqub Eyyubov Milli Danışıqlar Qrupuna başçılıq edir.
Qəbələ RLS-in statusu, prinsipləri və istifadə şərtlərinə dair 10 il müddətınə razılaşma Radiolokasıya Stansıyası üçün İnformasıya Analitik Mərkəz statusunu nəzərdə tutur və onu Azərbaycanın mülkiyyətinə aid edir. Rusiya hər il Azərbaycana RLS icarəsi üçün 7 milyon dollar ödəməlidir. Danışıqların yanvarın sonunadək yekunlaşması gözlənilir. Bununla bağlı müzakirələri aparmaq və sənədi imzalamaq üçün Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələrinin Moskvaya səfəri gözlənilir.
SİA-nın verdiyi məlumata görə, məsələ ilə bağlı fikirlərini anspress.com saytına açıqlayan politoloq Rasim Musabəyov deyib ki, stansiya iki ölkə arasındakı münasibətlərdə müəyyən rol oynayır. Onun sözlərinə görə, keçən il Azərbaycan-Rusiya münasibətləri kontekstində "S-300" tipli hava müdafiə sistemlərinin satışı həyata keçirilib: "Qəbələ RLS-in müqaviləsinin uzadılması da bu münasibətlərin tərkib hissəsidir. İrandan bütün dünyaya, o cümlədən Azərbaycana müəyyən təhlükələr mövcuddur. Bu təhlükəni neytrallaşdırmaq üçün biz ya Amerikanı gətirməliyik, yaxud da baza gətirməsək də belə, Rusiyanın yaxınlığından istifadə etməliyik. Rusiya tərəfindən verilən müəyyən təminatlar cənubdan ola biləcək təhlükələri neytrallaşdırmağa kömək edəcək".
Qeyd edək ki, Azərbaycan Qəbələ RLS-in icarə müddətinin uzadılması müqabilində bir sıra təkliflər irəli sürüb. Buraya icarə haqqının artırılması, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması üçün Rusiyanın əlavə pul ayırması, stansiyadakı azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən, rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB