Son günlərdə mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri may ayında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar Qərb mətbuatında aparılan qarayaxma kampaniyasıdır. Bu informasiyanın mənbəyi isə BBC telekanalıdır. BBC telekanalının Azərbaycan əleyhinə yaydığı materialla bağlı müzakirələr gedir və hər KİV-də bu məsələ bir cür işıqlandırılır. Söhbət BBC-nin informasiyasından gedirsə, biz onu dərhal həqiqət kimi qəbul etməməliyik. Beynəlxalq təşkilatların, beynəlxalq telekanalların Azərbaycanla bağlı müntəzəm olaraq qərəzli mövqeyi müşahidə olunur.
Hətta, Qarabağ Ermənistan ərazisi kimi təqdim olunur, münaqişədə Azərbaycanın əleyhinə mövqelər sərgiləyiblər, bir sözlə, həmişə ölkəmiz əleyhinə, qərəzli və siyasi çalarlı hesabatlar, məqalələr yayılıb. Bunun bariz nümunəsi yaxın keçmişdə BBC televiziyası özünün "News night" proqramında Azərbaycan tərəfinin Londonda keçiriləcək 2012-ci il olimpiya oyunlarında boks üzrə iki qızıl medal təmin etmək üçün beynəlxalq boks təşkilatı "World Series Boxing"ə (WSB) 10 milyon dollar rüşvət verməsinə dair iddialar irəli sürmüşdü. İddiaya görə, bu məbləğin əvəzində WSB təminat verib ki, Azərbaycan boksçuları gələn il Londonda iki qızıl medal qazanacaq. Lakin bu xəbərin heç də reallığı əks etdirmədiyi dərhal özünü göstərdi və buna görə də BBC-dən faktlar ortaya qoyulması tələb olundu. Lakin BBC ötən müddət ərzində iddiaları təsdiq edə biləcək sübutları meydana qoya bilmədi.
Qərəzli mövqe hardan meydana gəlir? Əslində dünyanın bir çox ölkələrində yayımlanan bu şirkətin rəsmi Bakının qaralamağında məqsədi nədir? Suallar çox olsa da cavab birdir. Bu hal Milli Televiziya və Radio Şurasının (MTRŞ) BBC-nin FM tezliyində yayımını dayandırması haqda qərarından sonra özünü qabarıq büruzə verib. Elə bundan sonra BBC-nin Azərbaycan haqqında yaydığı məlumatlarda qərəz və qeyri-obyektivlik tendensiya xarakteri almağa başlayıb. Lakin siyasi motivlərin mövcudluğu da danılmır. Ümumiyyətlə, BBC-nin müxbirlərinin də hansı dinə və əqidəyə mənsub olması da şübhə altındadır. Belə ki, Tacikistanda məhkəmə BBC-nin yerli şöbəsinin jurnalisti Urunboy Usmonovu dini ekstremizdə günahkar bilib. Jurnalisti cinayət məcəlləsinin iki maddəsi – qadağan olunmuş dini birlikdə iştirak, həmçinin cinayətin törədilməsi haqqında məlumat verməmə maddələri üzrə ittiham edilib və üç il həbsə məhkum edilib.
Bəs "BiBiSi"-nin "Dayısı" kimidr? Bunu isə Böyük Britaniyanın xarici işlər naziri özü deyib. 2010-cu ilin martında Böyük Britaniyanın xarici işlər naziri D.Milbənd İraq müharibəsi haqda araşdırma qrupuna izahat verərkən BBC kanalının müstəqilliyini sual altına almışdı. O, izahatının bir hissəsində İngiltərənin müxtəlif zəminlərdə potensial gücündən söz açarkən, BBC-ni bu ölkənin təhlükəsizlik orqanları ilə sıx əlaqədə olmasından danışıb, eyni zamanda bu kanalın İngiltərənin apardığı "yumşaq müharibə" siyasətində xüsusi çəkiyə malik olmasını vurğulayıb. Milibəndin etirafı bu kanalın qeyri-obyektiv olması barədə şübhələri bir qədər də artırıb.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB