Bakıda Rusiya səfirinin iqamətgahının tikilməsi üçün 4,5 milyon manat vəsait ayrılıb

Bakıda Rusiya səfirinin iqamətgahının tikilməsi üçün 4,5 milyon manat vəsait ayrılıb

Nazirlər Kabinetinin 190 saylı sərəncamına əsasən, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsi, 31 ünvanında yerləşən bina alınıb. Bu məqsədlə Ehtiyat Fonddan Əmlak Məsələləri Dövlət Komitəsinə 4 milyon 500 min manat məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, bu proses Azərbaycan Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası diplomatik nümayəndəliklərinin yerləşdirilməsi ilə bağlı daşınmaz əmlakla qarşılıqlı təmin olunması haqqında razılaşmaya əsasən həyata keçirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə