Soros: “Bu gün avro Avropanın siyasi bütövlüyü üçün potensial təhlükədir”

Soros: “Bu gün avro Avropanın siyasi bütövlüyü üçün potensial təhlükədir”

Amerikalı investor və maliyyəçi Corc Soros avrozonanın iflası və Avropa Birliyinin (AB) süqutunun qlobal maliyyə sistemi üçün faciəvi nəticələr doğuracağını deyib. Bu barədə biznesmen "Reuters" agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu gün avro Avropanın siyasi bütövlüyü üçün potensial təhlükədir: "Əgər bu vahid valyuta çökərsə, onda bu, avrozonanın dağılmasına səbəb olacaq. Bu isə təkcə Avropa üçün yox, həm də qlobal maliyyə sistemi üçün faciəvi nəticələr verəcək".


C.Soros bildirib ki, avrozonanın böhranı 2008-ci ilin qlobal maliyyə böhranından daha ciddi xarakter daşıyır.


Xatırladaq ki, Soros dəfələrlə Avropa Birliyinin rəhbərlərini yaranmış iqtisadi vəziyyətə görə tənqid edib.

Bütün xəbərlər Facebook səhifəmizdə