Ermənistan aparılan sorğular nəticəsində məlum olub ki, ölkəni tərk etmək istəyən gənclərin sayı gündən-günə artır. SİA-nın məlumatına görə, Ermənistan Sosioloji Assosiasiyasının sədri Gevorq Paqosyan erməni gəncləri arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğu15-25 yaş arasında olan gənclər arasında keçirilib və bütün Ermənistanı əhatə edib. Gevorq Paqosyan gənclərin 25,9 faizinin ailə qurmaq istəmədiyini, 45,1 faizi isə ailə qurmaq istəsə də uşaqlarının olmasını istəmir, ya da yalnız bir övlad istəyir. Gənclərin 37,4 faizi ölkəni tərk etmək niyyətində olduğunu bildirən G.Paqosyan qeyd edib ki, onlar Ermənistanda öz gələcəklərini görmədiklərinə görə xarici dövlətlərə üz tuturlar. İşsizlik və yaxud aşağı əməkhaqqı erməni gənclərini ölkəni tərk etmək barədə düşünməyə vadar edir. Problemi daha da ağırlaşdıran məqam isə odur ki, xarici dövlətdə yaşayan hər bir erməni gənci qohumlarının və dostlarının da orada məskunlaşmasına kömək göstərir. Bu isə zəncirvarıi reaksiya kimi uzanaraq böyük fəsadlar törədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB