Kəlbəcərli qadın alverçisi tutulub

Kəlbəcərli qadın alverçisi tutulub

Azərbaycanlı qadınları Türkiyə aparıb cinsi istismara məruz qoyan şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini Arzu Bağırzadə tutulub. O, gəlir əldə etmək məqsədilə qadınları aldadaraq Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə