Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcək
Bu il Azərbaycan
hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin
mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, onlar yanvarın 9-dan mayın
11-dək Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən, Vilnüsdə ingilis
dili kurslarına qatılacaqlar. Yanvarın 12-13-də isə zabitlərimiz Vaşinqtonda
keçiriləcək Azərbaycan-ABŞ ikitərəfli hərbi məsləhətləşmələrinin növbəti plenar
sessiyasında iştirak edəcəklər.
Azərbaycan-ABŞ iş planına əsasən, yanvarın 18-dən oktyabrın 20-dək
hərbiçilərimiz ABŞ-da piyada təməl zabit kursunda iştirak edəcəklər. Yanvarın 23-27-də isə Azərbaycan-Almaniya
ikitərəfli əməkdaşlıq proqramına əsasən, Bakıda ikitərəfli əməkdaşlıq üzrə
ekspert danışıqları keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB