Beynəlxalq Avrasiya Mətbuat Fondunun kollektivi dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı şənliyini Tərtər cəbhə bölgəsində yaşayan məcburi köçkünlərə birgə qeyd ediblər. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qeyri hökümət təşkilatlari (QHT) tərəfindən Kəlbəcərdən köçkün düşən ailələrə məişət əşyaları olan bayram sovqatı təqdim ediblər.
Cəbhə bölgəsində müvəqqəti məskunlaşan məcburi köçkünlər bayram sovqatı paylanıb.
Qoşunların təmas xəttinin ən yaxın nöqtəsində yerləşən Tərtərin Həsənqaya kəndində məskunlaşan Kəlbəcərdən olan məcburi köçkünlərə Beynəlxalq Avrasiya Mətbuat Fondun bayram sovqatı gətirib. Kəlbəcərdən köçkün düşən 33 ailənin hər birinə içərisində müxtəlif məişət əşyaları olan bayram sovqatı, uşaqlara isə yeni il hədiyyələri təqdim edilib.
Düşmən mövqelərindən açıq-aşkar müşahidə edilən kəndin mərkəzi meydanında iri buynuzlu heyvan kəsilib və hər ailəyə 4 kiloqrama yaxın ət paylanıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov, icra aparatının digər məsul işçiləri də iştirak ediblər. Qonaqlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə məcburi köçkünləri təbrik ediblər.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB