Yeni ildən gənclər pulsuz xarici dill kurslarından yararlana biləcək

Yeni ildən gənclər pulsuz xarici dill kurslarından yararlana biləcək
Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatı olan Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin həyata keçirtdiyi imkansız gənclər üçün pulsuz ingilis dili kursları lahiyəsinin seçim mərhələsi artıq yekunlaşdı. Bu barədə SİA-ya birliyin sədri Anar Xəlilov məlumat verib.onun sözlərinə görə, lahiyənin əsas məqsədi imkansız tələbələr və köçkün ailələrdən olan gənclərin ingilis dilinə yiyələnmələri üçün müvafiq şərait yaratmaq idi. Müraciətlərin çoxluğu lahiyənin seçim mərhələsinin müddətini uzanmağına səbəb oldu. Sağlam İnkişaf və Maarıfləndirmə İctimai Birliyi və \"Smart SN Corporation\" LLC dəstəyi ilə keçirilən bu layihədə müəyən səbəblərdən ödənişsiz ingilis dili kurslarında iştirak edə bilməyən gənclər də diqqətdən kənar qalmayacaq. \"Smart SN Corporation\" LLC xarici dil kursunun ödənişini 50 % enidirək bu ingilis dilinə təlabatın artdığı bir dövürdə kurslardan yararlanmaq üçün gənclərə böyük şərait yaratmış oldu. Qeyd edək ki, seçim üç mərhələdən ibarət olub. Mərhələlərdə gənclər arasında savadlı , işgüzar gənclərə ictimai mühitdə özlərini sınamaqlarına şərait yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə