Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının Fransadakı səfirliyinin və ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Parisin möhtəşəm Dofin pavilyonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
SİA-nın xəbərinə görə, səfir Elçin Əmirbəyov mərasimdə çıxış edərək dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək və onları doğma vətəni ətrafında sıx birləşdirmək məqsədilə ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və irəli sürdüyü təşəbbüs sayəsində belə bir əlamətdar günün 20 il əvvəl təsis edildiyini, bu bayramın dünya ölkələrində yaşayan bütün azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunduğunu vurğulayıb. Səfir bayram münasibətilə ölkəmizin Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarına təbrik məktubunu diqqətə çatdırmış və Azərbaycan hökumətinin diaspor quruculuğunu daim diqqət mərkəzində saxladığını vurğulayıb.
Elçin Əmirbəyov təbrik məktubunun xaricdə yaşayan soydaşlarımız üçün səfərbər xarakter daşıdığını, ondan irəli gələn müddəalardan biri kimi müstəqil dövlətimizin mənafeyinin qorunması və beynəlxalq nüfuzunun artırılması istiqamətində Fransada yaşayan azərbaycanlıları fəal olmağa çağırıb.
Fransadakı diasporumuzun təmsilçilərinin, səfirlik və nümayəndəliyin əməkdaşlarının, tələbələrimizin də iştirak etdiyi tədbirdə Azərbaycan musiqisi səsləndirilib və milli rəqslərimiz ifa edilib.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB