Prezident İlham Əliyevin əfv sərəncamının icrasına başlanıldı

Prezident İlham Əliyevin əfv sərəncamının icrasına başlanıldı

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə bugün Ədliyyə nazirliyinin Pentensiar xidmətinin 6, 10, 15 saylı cəzaçəkmə müəssisələrində sərəncamın icrasına başlanılıb. SİA-nın xəbərinə görə, Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Hüseyn Əlixanov prezidentin imzalaşmış olduğu bu sərəncamı diqqətə çatdıraraq bildirib ki, ümumilikdə məhkumlarının cəzalarının yarı hissəsini çəkməmiş azadlığa buraxılması, yəni əfv edilməsi 1994-cü ildən təsis edilib. O, 1995-ci ildən bu yana prezident tərəfindən 50 fərmanın imzalandığını bildirib. Daha sonra 2 nəfər məhkumun sənədləri özlərinə təqdim olunub. Ədliyyə nazirliyinin pentensiar xidmətinin 15 saylı cəzaçəkmə müsəssisəsində də 2 nəfər öz azadlığına qovuşub. Ədliyyə nazirliyinin idarə rəisi Malik Ələkbərovun, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Zahid Qaralovun, Millət vəkili Elmira Axundova və Əfv komissiyasının üzvi Cəmilə Ramazanovanın iştirak etdiyi əfvin icrasında azadlığa buraxılan şəxslərin bir daha bu cür pis əməllərə məruz qalmaması diqqətə çatdırılıb. Qeyd olunub ki, onlar prezidentin imzaladığı sərəcamla azadlığa qovuşduqdan sonra daha böyük məsuliyyət daşımalıdırlar.

Qeyd edək ki, prezidentin imzaladığı sərəncam ümumilikdə 92 məhkuma şamil edilib. Sərəncama görə, 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə