Avropanın ən böyük tortu sabah Sumqayıtda kəsiləcək

Avropanın ən böyük tortu sabah Sumqayıtda kəsiləcək
Sumqayıt şəhərində Avropanın ən böyük tortunun təqdimat mərasimi keçiriləcək. Sumqayıt şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, Prezidenti İlham Əliyevin 50 illik yubleyi münasibəti ilə "Kimyaçılar" mədəniyyət sarayının qarşısında təşkil olunacaq tədbirin rəsmi hissəsindən sonra 50 metrlik uzunluqda olan möhtəşəm tortun təqdimat mərasimi keçiriləcək. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri və şəhərə gələn əcnəbi qonaqlar iştirak edəcək.

Qeyd edək ki, çəkisi 11 tоndаn çох оlаn tоrtun üzərində Аzərbаycаnın müхtəlif bölgələrinin, tаriхi mеmаrlıq аbidələrinin, görməli yеrlərinin görüntüləri əksini tаpаcаq.

Tədbir dekabr ayının 24-də saat 11:00 da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə