İraq XİN-i: “İraq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir”
\"İraq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir. Bununla yanaşı, biz düşünürük ki, bu məsələ diplomatik yolla həll edilməlidir\". SİA-nın xəbərinə görə, bunu İraqın xarici işlər naziri Xoşyar Zibari deyib: "Bakıda Azərbaycan rəsmiləri ilə keçirdiyim görüşlərdə Dağlıq Qarabağ münaqişəsini ətraflı müzakirə etdik. Bundan əlavə, ərəb ölkələrində, o cümlədən Suriyada baş verən hadisələr də müzakirələrimizin bir hissəsi oldu. Biz Azərbaycanın İraqda səfirlik açmasını səbirsizliklə gözləyirik. Çünki diplomatik nümayəndəliyin açılışı iki ölkə arasındakı münasibətlərin səmərəsinin artırılmasına xidmət edir. Qarşılıqlı münasibətləri daha da genişləndirmək üçün Azərbaycan rəsmiləri ilə anlaşma memarandumu imazalmaq nəzərdə tuturuq. Bundan əlavə, İraqın gənc diplomatlarının Azərbaycanın Diplomatik Akademiyasında təhsil almaları ilə bağlı da danışıqlar aparmışıq".
Onun sözlərinə görə, İraq mühüm və strateji bir dövlətdir. Azərbaycan tərəfi ilə neft-qaz sahəsində əməkdaşlığa dair danışıqlar aparılır. Azərbaycanın beynəlxalq koalisiya qüvvələri tərkibində İraqda sabitliyin bərqərar edilməsinə öz töhfəsini verdiyi xatırladan Zebari tezliklə Bağdadda Azərbaycan diplomatik missiyasının açıldığını görmək istədiklərini etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB