Gələn il Azərbaycanın İraqda səfirliyi açılacaq

Gələn il Azərbaycanın İraqda səfirliyi açılacaq

Gələn il Azərbaycanın İraqda səfirliyi açılacaq. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iraqlı həmkarı Xoşyar Zibari ilə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu məsələyə Milli Məclisdə baxılıb və və səfirliyin açılması təsdiqlənib.

E.Məmmədyarov bildirib ki, təkbətək və geniş tərkibdə görüşlərdə regional məsələlər müzakirə olunub: \"İraqın Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı mövqeyi ilk gündən birmənalıdır. İraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bugünkü görüşdə də bu məsələyə toxunuldu. Bundan əlavə, İraq Azərbaycanı həm BMT, həm də İƏT-də daim dəstəkləyir\".

Onun sözlərinə görə, iraqlı nazirlə iqtisadi, enerji, din, mədəniyyət və digər qarşılıqlı maraq doğuran sahələrlə bağlı müzakirələr və əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə