Milli Məclis Fransanın \"erməni soyqırımı\" ilə bağlı qərarını pisləyib
Milli Məclisin bu günkü iclasında əsas müzakirə mövzusu Fransanın uydurma \"erməni soyqırımı\" ilə bağlı qanun layihəsini qəbul etməsi olub. Milli Məclisin sədri
Oqtay Əsədov isə "Yəqin Fransa büdcəsinin 45 min avroya ehtiyacı var" – deyərək, Fransa Milli Assambleyasının məlum qərarına istehza edib.
İclasda çıxış edən millət vəkili Siyavuş Novruzov bu qərarı pisləyib. O deyib ki, əsrin sonlarında Xocalıda yaşanmış soyqırımına münasibət açıqlamayan Fransa Milli Assambleyasının əsrin əvvəllərində nə olub-olmadığı bilinməyən hadisələrə "soyqırımı" deməsi və bunu inkar edənlərə cəza tətbiqi ilə bağlı qərar qəbul etməsi qeyri-obyektivdir. Fransa Milli Assambleyasının müvafiq qərarını millət vəkilləri Mübariz Qurbanlı və İqbal Ağazadə də pisləyib və Azərbaycanın bu məsələdə Türkiyənin yanında olduğunu vurğulayıblar.
Cabir Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB