Dunya Miyatoviç: “Fransa bu qanunu qəbul etməklə ATƏT qarşısında götürdüyü öhdəlikləri pozacaq”

Dunya Miyatoviç: “Fransa bu qanunu qəbul etməklə ATƏT qarşısında götürdüyü öhdəlikləri pozacaq”

Fransada bu qanunun qəbulu digər ölkələri də analoji addımlar atmağa vadar edə bilər və dövlətlər ATƏT qarşısında götürdükləri öhdəlikləri pozmaqla tarixlə bağlı bəyanatlara görə cinayət məsuliyyəti tətbiq edə bilərlər. SİA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbuluna münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu qanun dəyişikliklərinin qəbulu söz və fikir azadlığına dair beynəlxalq standartlarla ziddiyyət təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə