Asror Latipov: \"Azərbaycanın iqtisadi inkişafında Yeni Azərbaycan Partiyasının rolu danılmazdır\"
"Mən artıq ikinci dəfədir ki, Bakıya səfər edirəm. Həm birinci, həm də indiki səfərlə bağlı təəssüratlarım çox yüksəkdir". SİA-nın xəbərinə görə, bunu Bakıda "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı Tacikistan Xalq Demokratik Partiyasının sədr müavini Asror Latipov deyib. O bildirib ki, konfransda Azərbaycanın ünvanına çox gözəl fikirlər söylənib. Qonağın fikrincə, Azərbaycan hakimiyyətinin siyasi kursu konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
"Düşünürəm ki, Azərbaycanın iqtisadi inkişafında hakimiyyətin və hakim Yeni Azərbaycan Partiyasının rolu danılmazdır", - deyə Tacikistan nümayəndəsi vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB