Türkiyənin Fransadakı səfiri geri çağırılıb

Türkiyənin Fransadakı səfiri geri çağırılıb
Türkiyə Fransadakı səfirini geri çağırıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fransa Parlamenti uydurma "erməni soyqırımı" da daxil olmaqla Fransa qanunvericiliyi tərəfindən tanınan soyqırımların mövcudluğunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etdikdən dərhal sonra Türkiyə səfiri Tahsin Burcuoğlu Fransadan geri çağrılıb.

Xatırladaq ki, bu gün 577 nəfər parlament üzvündən 50 nəfərin iştirakı ilə keçirilən iclasda 38 nəfər üzvün səsi əsasında qanun layihəsi qəbul edilib. Verilən qərardan sonra Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın da Fransaya bir sıra sanksiyalar tətbiq edəcəyi gözlənilir. Türkiyə rəsmilərinin atacağı digər addım isə Fransa şirkətləri ilə olan iş birliyinin ləğv olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə