Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri ilə görüş olub
Bu gün Yeni Azərbaycan Partiyasının üzvləri, Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri Aydın Ağayev, Millət vəkili Rüfət Quliyev və Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin hakimi Ceyhun Qocayevlə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin (MK) Xarici əlaqələr şöbəsinin nazir müavini Çen Fesyan və şöbənin 6-cı idarəsinin müdir müavini ilə müzakirə xarakterli görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra ölkədə xeyli irəliləyişlər və dinamik inkişaf nəzərə çarpıb. Qonaqların diqqətinə çatdırılıb ki, 1993-cü ildən öncə Azərbaycan dövləti dünyanın siyasi xəritəsindən silinmək üzrə idi. Məhz ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişi ilə bu yüksələn inkişaf tempi daha da sürətlənib. Ölkənin bütün iqtisadi-siyasi və sosial sahələrində irəliləyiş olub. Xarici qonaqlar isə ilk dəfə olaraq 2008- ci illə müqayisədə yenidən Azərbaycanda olmaqla böyük iqtisadi inkişafın şahidi olduqlarını diqqətə çatdırdılar. Qeyd olunub ki, bu gəlişin əsas məqsədi ÇKP MK ilə YAP arasında əməkdaşlığı uğurla və daha geniş sferada inkişaf etdirməkdir. Görüş sonra müzakirələr əsasında davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB